ABŞ Yaponiyaya daha iki “B-1B Lancer” strateji bombardmançı göndərib və bu təyyarələr Honsyu adasının şimalındakı Misava aviabazasında yerləşdiriləcək.
“Xeberaz.info” xəbər verir ki, bu barədə “Nyusvik” məlumat yayıb.
Qeyd edək ki, ilk iki “B-1B Lancer” aviabazaya aprelin 15-də, ikinci cüt isə aprelin 18-də gəlib.
Qırıcıların Yaponiyaya köçürülməsində məqsəd müttəfiqlərlə hava qüvvələrinin təlimlərinin keçirilməsidir.