Ermənistan parlamenti sədrinin yolverilməz hərəkəti.
Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan etdiyi halda, Azərbaycan ərazisində xarici diplomatların səfərlərinə qarşı bu cür reaksiyaların verilməsi həmin mövqe ilə ziddiyyət təşkil edir.
Diplomatik korpus nümayəndələrinin Azərbaycanın suveren ərazisində sərbəst hərəkət etməsi tamamilə normaldır. Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə görə hədəfə alınması və təzyiq xarakterli kampaniyalarla üzləşməsi qəbuledilməzdir. Bu səfər eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünə münasibətinin praktik göstəricilərindən biridir.
44 günlük Vətən müharibəsindəki darmadağından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran Ermənistan tərəfi, sərhəd zonasında vəziyyəti yenidən gərginləşdirməyə cəhd göstərirdi. 12 sentyabr 2022-ci il gecəsi Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupları Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində ordumuzun mövqeləri arasındakı əraziləri və təminat yollarını minalamağa cəhd etdi. Eyni zamanda, Azərbaycan Ordusunun mövqeləri müxtəlif каlibrli silahlardan və artilleriyadan atəşə tutuldu. Ermənistanın bu genişmiqyaslı təxribatının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri dərhal adekvat və lokal cavab tədbirlərinə başladı. Yüksək dəqiqliklə həyata keçirilən əks-həmlə əməliyyatları nəticəsində qarşı tərəfin cavab atəşi açan artilleriya qurğuları, raket sistemləri (S-300 və S-125 divizionları) və komanda məntəqələri darmadağın edildi. 12-14 sentyabr döyüşləri və ondan sonra 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirləri ilə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu tarixi zəfərlər regionda onilliklər boyu davam edən münaqişəyə son qoyaraq artıq davamlı sülh və quruculuq dövrünün əsasını qoydu.
Buna görə də Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlaması qəbuledilməzdir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addımdır. Bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru






















