image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789460834_73731f5bff235ba6e1e5d797dc5ff6a5

Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb

image-legitimaz-810x90

Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılıb və bu 30 il ərzində məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmaq imkanından məhrum edilib. İnsanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Ötən illərdə başlayıb uğurla davam edən proqramın birinci mərhələsi artıq başa çatmaq üzrədir. Tezliklə “Böyük Qayıdış” proqramının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur və proses 2040-cı ilə qədər davam edəcək.”Böyük Qayıdış”ın uğurla həyata keçirilməsi üçün ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və vətəndaşların ləyaqətli şəkildə geri qayıtması üçün lazımi şəraitin yaradılması vacib idi. Söhbət yalnız insanların fiziki olaraq öz torpaqlarına qayıtmasından getmir. Əsas məqsəd vətəndaşların doğma yurdlarına ləyaqətli, təhlükəsiz və normal yaşayış imkanları ilə dönməsidir. “Böyük Qayıdış” proqramının birinci mərhələsində əsas resurslar dağıdılmış şəhərlərin, qəsəbələrin və kəndlərin yollarının bərpasına, tunellərin, körpülərin və digər mühüm infrastruktur obyektlərinin inşasına yönəldilmişdir.

Azərbaycan 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurun bərpasına mühim yer ayırıb. Bu göstərici dövlətin azad edilmiş ərazilərin bərpasına və dirçəldilməsinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan bu işi öz gücü və resursları hesabına həyata keçirir. Bu, Azərbaycanın iqtisadi imkanlarını, siyasi iradəsini və qarşıya qoyduğu məqsədlərə sadiqliyini göstərir. Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar məskunlaşıb. Bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır.

Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin inkişaf istiqamətləri bir-birindən ayrı deyil, kompleks və vahid sistem çərçivəsində nəzərdən keçirilir. Şuşada mədəniyyət və humanitar fəaliyyət, Xankəndidə urbanistik inkişaf və məşğulluq, Ağdamda sənaye, Zəngilan, Füzuli və Cəbrayılda kənd təsərrüfatı, digər ərazilərdə isə alternativ enerji və nəqliyyat layihələri prioritet təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq prosesi mədəniyyətdən və humanitar fəaliyyətdən tutmuş kənd təsərrüfatına, sənayeyə, alternativ enerji mənbələrinə, nəqliyyat-kommunikasiya infrastrukturuna və insanların təhlükəsiz şəkildə qayıdaraq yaşamasına qədər bütün istiqamətləri əhatə edir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki