image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

 Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası

image-legitimaz-810x90

 Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası

2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənsitanın  işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi.

2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.

Azərbaycanın qalibiyyətinin əsas səbəbi onun qüdrətli dövlət başçısına sahib olması idi. Azərbaycanda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir.

O cümlədən bu gün Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirlərinin və diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri təkrarolunmaz əhəmiyyətə malikdir. Bu cür tədbirlər təkcə Qarabağ həqiqətlərini təmsil etdikləri ölkələrin ictimaiyyətinə çatdırmaq deyil, eyni zamanda Azərbaycan dövlətinin xarici siyasətinin prioritetlərini müzakirə etmək üçün yaxşı fürsətdir.

Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri məhz son zamanlar yenidən həm Rusiya, həm də Qərb mediasında qondarma erməni, daha doğrusu, qondarma “Dağlıq Qarabağ” mövzusunun gündəmə gətirildiyi bir şəraitdə Qarabağ həqiqətlərinin bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılmasıdır. Bu istiqamətdə səfirlərin və digər səfirlik nümayəndələrinin praktik olaraq həm Qarabağ, həm də Şərqi Zəngəzura səfər etməsi, orada erməni vandallığının xatırladan işğaldan qalma izlərini və Qarabağın işğaldan azad olunmasından sonra orada aparılan quruculuq-bərpa işlərinin canlı şahidləri kimi çıxış etmələri mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur. Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.

 

 

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki