image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Ermənistan parlamenti sədrinin yolverilməz hərəkəti

image-legitimaz-810x90

Ermənistan parlamenti sədrinin yolverilməz hərəkəti.

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri, eləcə də beynəlxalq ictimaiyyətin, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və nümayəndələrin həmin bölgələrə səfərləri regionda sülhün və sabitliyin bərqərar olunmasına xidmət edir. Lakin Ermənistandakı revanşist qüvvələr və rəsmi dairələrin nümayəndələri bu reallığı qəbul etməkdən çəkinərək, bölgədəki hər hansı müsbət irəliləyişi kölgə altına salmağa çalışırlar. Son günlər diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı Ermənistan tərəfdən səsləndirilən qeyri-konstruktiv bəyanatlar və atılan addımlar bunun bariz nümunəsidir.

Ermənistan rəsmilərinin bu səfərlərə kölgə salmaq cəhdləri beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətsizlikdir. Diplomatların bölgəyə səfəri zamanı erməni kilsəsinin, radikal siyasi qrupların və revanşist lobbinin təsiri altında olan dairələrin isterik reaksiyaları İrəvanın hələ də sülh gündəliyindən yayındığını açıq-aydın göstərir.

Mövzu ilə bağlı parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir.

Bu cür təxribatçı addımlar və qərəzli bəyanatlar regionda sülh prosesini ləngitmək məqsədi daşıyır. Ermənistan parlament rəhbərliyinin və digər radikal qüvvələrin daxili auditoriyaya hesablanmış bu cür səfeh hərəkətləri nəticə etibarilə yenə də Ermənistanın özünün təcrid olunmasına və dalana dirənməsinə səbəb olacaqdır. Azərbaycan öz suveren ərazilərində istənilən tədbiri həyata keçirməkdə sərbəstdir və heç bir xarici müdaxilə bu qətiyyətə kölgə sala bilməz.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki