image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-w_1617892335105338163388_1200x630-1

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

image-legitimaz-810x90

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi.

 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Diplomatik nümayəndələrin azad edilmiş ərazilərə səfəri onlara burada mövcud olan tarixi abidələri və həyata keçirilən bərpa işlərini yerində görmək imkanı yaradır.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın qədim tarixinin mühüm səhifələrini özündə yaşadan ərazilərdəndir. Bu bölgələrdə müxtəlif tarixi dövrlərə aid arxeoloji və memarlıq abidələri, o cümlədən Qafqaz Albaniyası ilə bağlı mədəni irs nümunələri mövcuddur. Qafqaz Albaniyasının tarixi Azərbaycan tarixinin mühüm tərkib hissələrindən biri olmaqla, ölkəmizin ərazisindəki qədim mədəni irsin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Təəssüf doğuran haldır ki, erməni revanşist dairələri Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq nümayəndələrə təqdim edilməsinə belə etiraz etməyə çalışırlar. Bu münasibət tarixi faktların elmi şəkildə araşdırılmasına deyil, tarixin siyasi məqsədlərlə təqdim edilməsinə xidmət edir.

Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

 

Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki