image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fsb

Rusiyada 37 qanunsuz silah emalatxanası aşkarlandı

image-legitimaz-810x90

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi ölkənin 43 regionunda 37 qanunsuz silah emalatxanasının fəaliyyətini dayandırıb.

Xeberaz.info xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, əməliyyatlar zamanı qanunsuz dövriyyədən 297 ədəd odlu silah, 223 qumbara, 82,5 kiloqram partlayıcı maddə və müxtəlif çaplı 92 min patron götürülüb.

Götürülən silah və digər vasitələr ekspertizaya göndərilib. Onun nəticələrinə əsasən cinayət işlərinin başlanması ilə bağlı qərar veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki