image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9496771e581f721bd2af08b84b47ab2a

ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?

image-legitimaz-810x90

Ermənistan Müdafiə Nazirliyi ilə ABŞ-ın Kanzas ştatının Milli Qvardiyası “Phoenix Platoon” adlı illik birgə təlim keçirib.

Xeberaz.info xəbər verir ki, təlimlər avqustun 31-dən sentyabrın 11-dək davam edib.

Təlimlər zamanı ABŞ-ın Kanzas Milli Qvardiyasının hərbçiləri ilə Ermənistan Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən olan çavuşlar liderlik və taktiki planlaşdırma sahəsində bilik və təcrübə mübadiləsi aparıblar. Proqram bir neçə gün davam edən praktiki məşqlərlə yekunlaşıb. Məqsəd hərbçilərin fərdi və komanda şəklində liderlik bacarıqlarını gücləndirmək, ABŞ və Ermənistan hərbçiləri arasında qarşılıqlı fəaliyyəti artırmaq olub.

Qeyd edək ki, bu, Kanzas Milli Qvardiyasının 2026-cı ildə Ermənistan ordusu ilə keçirdiyi yeganə təlim deyil. İyunun 17-dən 25-dək Ermənistandakı “Zar” təlim mərkəzində “Eagle Partner 2026” hərbi təlimi keçirilib. Həmin təlimlərə Ermənistan ordusundan 250, ABŞ Ordusunun Avropa və Afrika qüvvələri və Kanzas Milli Qvardiyasından ümumilikdə 58, Fransa ordusundan 24, Yunanıstandan isə 11 hərbçi cəlb olunub.

“Eagle Partner 2026” zamanı beynəlxalq sülhməramlı əməliyyatlarda bölmələrin qarşılıqlı fəaliyyətinin artırılması, birgə əməliyyatların təşkili, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi əsas istiqamətlərdən olub. Təlimin praktiki mərhələsini Ermənistanın müdafiə naziri Suren Papikyan və Kanzas Milli Qvardiyasının yüksək rütbəli nümayəndələri də izləyiblər.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki