image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789460834_e8746f74ab0f8cc80d45442df2f17d3b

Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti

image-legitimaz-810x90

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti

Dünyada bir sıra uğurlu birlik nümunəsi olsa da, gücünü tarixindən alan və eyni soykökə sahib dövlətlərin səmərəli əməkdaşlığına rast gəlmək olduqca çətindir. Məhz bu çərçivədə Türk Dövlətləri Təşkilatı  yeni dünya nizamında aparıcı mövqeyə sahibdir. Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələrin müstəqilliyinə və suverenliyinə heç bir maneə yaratmır. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir.

Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı keçirilir. Bu, özlüyündə böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlar bu konfransda iştirak edirlər.

Azərbaycan yalnız alim və mütəfəkkirlərin yetişdiyi bir məkan olmayıb, həm də İslam elmlərinin beşiyi, elmi düşüncənin, maarifçiliyin, idrakın və irfanın inkişafı üçün əlverişli məkan olub. Azərbaycan çox zəngin tarixə, mədəniyyətə və ənənələrə malikdir. Yəhya Bakuvinin həyat yolu onun mənəvi tərbiyə və qəlbin təmizlənməsi yolunda böyük xidmətlər göstərmiş türk-islam təsəvvüf alimi olduğunu göstərir. Mənəvi tərbiyə və qəlb saflığı təlimi mühüm əhəmiyyət daşıyır. Çünki bütün yaxşı əməllər əvvəlcə insanın qəlbində yaranır. Davamlı və möhkəm əməllər də əvvəlcə insanın qəlbində meydana gəlir, sonra həyata keçirilir. Şeyx Şirvaninin mənəvi və fəlsəfi düşüncəsi insan ruhunu yüksəlməyə, ucalmağa və ilahi mərifətə çatmağa çağırır. Həmin xəlvəti təsəvvüf yolu nəfsin tərbiyəsi zamanı İslam şəriətinin müəyyən etdiyi çərçivədən kənara çıxan ifrat təsəvvürdən fərqlənir.

Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir – XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim, onların davamçıları, bütün Azərbaycan xalqı, bütün İslam aləmi üçün çox böyük dəyərdir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir.

Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz – bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.

 

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki