image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789460843_76dadaf2f279d730f02d257edb24961e

Azərbaycanın İslam dünyası ilə əlaqələri də Prezidentin çıxışında geniş yer aldı

image-legitimaz-810x90

Azərbaycanın İslam dünyası ilə əlaqələri də Prezidentin çıxışında geniş yer aldı

 

Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əməkdaşlıq edir, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm hadisə idi. Həmin tədbir müxtəlif müsəlman ölkələrinin nümayəndələrini bir araya gətirdi. İdman yarışları ilə yanaşı, bu cür tədbirlər xalqlar arasında dostluğun və qarşılıqlı münasibətlərin inkişafına da xidmət edir. Azərbaycanın İslam dünyası ilə əlaqələrini daha da genişləndirməyə çalışması ölkəmizin beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biridir. Prezidentin çıxışında Qarabağ məsələsi də mühüm yer tutdu. 30 il ərzində işğal altında qalan Azərbaycan ərazilərində yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər obyektlərlə yanaşı, dini abidələr də ciddi dağıntılara məruz qalmışdı. Azərbaycan 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazilərinin böyük hissəsinə nəzarəti bərpa etdi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu hadisələrdən sonra qarşıda yeni vəzifələr yarandı. Əsas məsələlərdən biri azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsidir.

Qarabağda dini və mədəni abidələrin bərpası da görülən işlərin mühüm hissəsidir. Ağdam Cümə məscidinin bərpası bunun nümunələrindən biridir.

Ağdam uzun illər işğal altında qaldığı üçün şəhərdə çoxsaylı yaşayış və dini obyektlər dağıdılmışdı. Məscidin bərpası yalnız bir binanın yenidən qurulması demək deyil. Bu, həm də Azərbaycanın dini-mədəni irsinə göstərdiyi münasibətin nümunəsidir. Prezidentin çıxışında Qarabağda 12 məscidin bərpa və yenidən qurulmasının qeyd edilməsi də bu sahədə görülən işlərin miqyasını göstərir. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər etməsi onların bölgədə aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olmalarına imkan yaradıb. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Ən mühüm məsələlərdən biri insanların öz doğma torpaqlarına qayıtmasıdır. Böyük Qayıdış proqramı məhz bu məqsədə xidmət edir.

İllərlə doğma torpaqlarından uzaqda yaşayan insanların öz kəndlərinə və şəhərlərinə qayıtması böyük tarixi hadisədir. Bu proses təkcə evlərin tikilməsi ilə məhdudlaşmır. İnsanların orada normal həyat qurması, işləməsi, təhsil alması və bütün lazımi xidmətlərdən istifadə etməsi üçün şərait yaradılır. Prezidentin çıxışında diqqət çəkən digər məsələ Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi və sülh məsələsi idi.

 

 

Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki