Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.
Xeberaz.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Fidanın səfər çərçivəsində Suriya xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşü və Prezident Əhməd əş-Şara tərəfindən qəbul edilməsi gözlənilir.
Görüşlərdə əsas diqqət YPQvə SDQ-nin özünü buraxması, eləcə də Suriya dövlət strukturlarına inteqrasiyası prosesinə yönələcək.
Tərəflər həmçinin Suriyanın cənubundakı vəziyyəti, İsrailin hücumlarını, ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunmasını müzakirə edəcəklər.
Danışıqlarda ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Suriyanın iqtisadi bərpasına və regional bağlantılarının yenidən qurulmasına dəstək məsələləri də gündəmdə olacaq.


























