image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789460828_23772dc97f7a7516b9a7d935f70b0ec9

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək

image-legitimaz-810x90

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək.

Azərbaycanın son illər artan siyasi, iqtisadi və diplomatik imkanları ölkənin beynəlxalq münasibətlər sistemində çəkisini əhəmiyyətli dərəcədə artırıb. Regional proseslərdə daha fəal mövqe tutan, yeni nəqliyyat və enerji layihələri ilə coğrafi əhəmiyyətini genişləndirən, Türk dünyası və İslam aləmi ilə əlaqələrini strateji müstəviyə yüksəldən rəsmi Bakı geniş coğrafiyanın siyasi gündəliyinə təsir edən aktorlardan birinə çevrilib. Amma bu zaman ölkəmizə qarşı informasiya müstəvisində təzyiqlərin artması da müşahidə olunur. Azərbaycan haqqında hər gün yalan, iftira və böhtanla dolu yazılar dərc edilir: “Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur”. Azərbaycanın timsalında informasiya müstəvisində gedən proseslərə bu kontekstdən yanaşmaq mümkündür. Ölkəmizin müstəqil siyasət yürütməsi, müxtəlif güc mərkəzləri arasında balanslı münasibətlər qurmağa çalışması, milli maraqlarını regional və qlobal səviyyədə daha qətiyyətlə müdafiə etməsi müəyyən dairələrin narazılığı ilə qarşılaşır. Bu narazılığın bir hissəsi  media platformalarında Azərbaycan haqqında sistemli şəkildə mənfi materialların yayılması formasında özünü açıq biruzə verir. Ölkə öz həqiqətlərini beynəlxalq auditoriyaya nə qədər düzgün, operativ və peşəkar çatdıra bilirsə, birtərəfli informasiya kampaniyalarının təsir imkanları da bir o qədər məhdudlaşır. Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri də məhz budur: Əldə edilən nəticələri yalnız daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə də daha sistemli şəkildə təqdim etmək. Bunun üçün diplomatik fəaliyyətlə yanaşı, media, ekspert diplomatiyası, akademik əməkdaşlıq, beynəlxalq tədbirlər və ictimai kommunikasiya imkanlarından səmərəli istifadə edilməlidir. Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin sürətlə inkişaf etməsi, İslam dünyası ilə əlaqələrin genişləndirilməsi və Qafqazda yeni əməkdaşlıq imkanlarının təşviqi bu siyasətin müxtəlif istiqamətlərini təşkil edir. Bu prosesdə Azərbaycan üçün mühüm üstünlüklərdən biri də coğrafi mövqeyidir. Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən ölkə həm nəqliyyat, həm enerji, həm də siyasi baxımdan müxtəlif regionları birləşdirən platformaya çevrilmək imkanına malikdir. Bakı-Trbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digər regional layihələr Azərbaycanın iqtisadi potensialını siyasi təsir imkanları ilə birləşdirir. Azərbaycanın Türk dünyası və İslam ölkələri ilə əməkdaşlığa verdiyi əhəmiyyətin əsas səbəblərindən biri də budur. Bu baxımdan gələn il Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının toplantısı xüsusi siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev həmin Zirvə Görüşünün Azərbaycanda keçiriləcəyinin anonsunu verərək mühüm nəticələr əldə olunacağına əminliyini ifadə edib. Dövlət başçısının əsas gözləntilərindən biri də sammitə qədər bəzi müsəlman ölkələri arasında mövcud olan anlaşılmazlıqların, qarşıdurmaların və toqquşmaların başa çatmasıdır. Güclənən Azərbaycanın qarşısında duran əsas məsələ yalnız güc toplamaq deyil, həmin gücü siyasi həmrəyliyə, iqtisadi əməkdaşlığa, informasiya dayanıqlığına, dini vəhdətə və davamlı sülhə çevirməkdir. Çünki müasir dünyada təkcə güclü olmaq kifayət etmir. Əsas məsələ həmin gücü tərəfdaşlıq, birlik və milli maraqlar ətrafında səfərbər edə bilməkdir.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil

məktəbin müəllimi Quliyeva Vəfa Yusif qızı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki