image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789364110-wh9ggrvuojwz4izz

Rusiya Ermənistana təbii qazın tədarükünü dayandırır

image-legitimaz-810x90

Rusiya Federasiyası Ermənistana təbii qazın tədarükünü müvəqqəti olaraq dayandıracaq. 

Xeberaz.info xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb.

“Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırılan profilaktik və kompleks təmir işləri ilə əlaqədar olaraq, adıçəkilən qaz kəməri vasitəsilə Ermənistana təbii qazın tədarükü 15-25 sentyabr tarixlərində müvəqqəti olaraq dayandırılacaq”, – deyə məlumatda qeyd olunub.

Göstərilən müddət ərzində respublikadakı istehlakçılara qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə həcmlər hesabına həyata keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki