Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsindən istefa verib.
Xeberaz.info xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib.
O vurğulayıb ki, qərar siyasi komandası ilə məsləhətləşmələrdən sonra verilib. Geladze dövlət qulluğunda xidmətini davam etdirəcək, lakin başqa quruma keçəcək.
“Mən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa vermək qərarına gəldim. Bu vəzifədə işləmək mənim üçün böyük bir məsuliyyət və ölkəmizə xidmət etmək üçün bir fürsət idi” – Geladze əlavə edib.


























