image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-3d394679905f788f01e162cf4b4b2d34

Məkkədə HAVA HƏYƏCANI: PUA son anda BELƏ VURULDU – VİDEO

image-legitimaz-810x90

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyası Hava Hücumundan Müdafiə Qüvvələrinin Məkkənin hava məkanına daxil olmağa çalışan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb.

Xeberaz.info xəbər verir ki, koalisiya qüvvələrinin bəyanatına əsasən, Yəməndəki husilərin Məkkəni hədəf alan PUA hücumunun qarşısı uğurla alınıb.

Ərəb Koalisiyasının sözçüsü, general-mayor Turki əl-Maliki “X” sosial media platformasındakı hesabında açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, dünən saat 18:50 radələrində husilər tərəfindən buraxılan PUA Məkkədəki qadağan olunmuş hava məkanına daxil olmadan öncə aşkar edilib.

Əl-Maliki sözügedən PUA-nın Məkkə şəhərinin cənubunda vurularaq məhv edildiyini diqqətə çatdırıb.

General-mayor Maliki bəyanatında bildirib:

“Bu terrorçu cəhd 27 iyul 2017-ci ildə gerçəkləşdirilən ballistik raket hücumundan sonra Məkkə Əl-Mükərriməni hədəf almağa yönəlmiş ikinci cəhddir. Vəhyin nazil olduğu, risalət diyarı və dünyanın dörd bir yanından gələn milyonlarla müsəlmanın sevimli torpağını hədəf almaq utancverici bir əməldir. Milyonlarla müsəlmanın hisslərini qəsdən təhrik etməyə hesablanmış bu addım terrorçu husilərin qara siyahısında növbəti utanc ləkəsi kimi qalacaqdır”.

Həcc və ümrə zəvvarlarının təhlükəsizliyinin “qırmızı xətt” olduğunu vurğulayan Əl-Maliki, Koalisiya Qüvvələri Komandanlığının bu cür düşmənçilik əməllərinə qarşı bütün çəkindirici tədbirləri görməkdə tərəddüd etməyəcəyini ifadə edib.

Husilərdən təkzib

Husilər Məkkə başda olmaqla Səudiyyə Ərəbistanındakı müqəddəs məkanların Yəməndən hər hansı bir təhdidin hədəfi olması ilə bağlı iddiaları təkzib ediblər.

Husilərə məxsus “Al Masirah” televiziyasının xəbərinə görə, Sənada yerləşən hərbi mənbə Məkkəyə yönəlik hər hansı bir təhdidin olmadığını vurğulayıb.

Mənbə müqəddəs məkanların hədəf alındığına dair iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

00:43

00:43

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki