image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1789570623594

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Zərdabda vətəndaş qəbulu keçirib -FOTO

image-legitimaz-810x90

16 sentyabr tarixində Zərdab rayonunda vətəndaş qəbulu həyata keçirilib.

Xeberaz.info xəbər verir ki, sentyabr ayının 16-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov Zərdabda vətəndaşları qəbul edib.

Yerli təhsil sektorunun inzibati binasında keçirilmiş qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Həmid müəllim qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Qeyd etmək istərdik ki, vətəndaşların qəbulu hər həftənin dördüncü günü 15:00-da həyata keçirilir. Qəbula yazılmaq üçün 146-0-3 çağrı mərkəzimizə, info@yevlakh.edu.gov.az ünvanına və ya 051-867-91-66 nömrəsinin votsapına müraciət edə bilərsiniz.

image-fb_img_1789570623594 image-fb_img_1789570626456 image-fb_img_1789570629062 image-fb_img_1789570631479 image-fb_img_1789570633992 image-fb_img_1789570636482


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki