image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-oten-il-azerbaycanla-vyetnam-arasinda-ticaret-dovriyyesi-150-milyon-dollardan-artiq-olub-1795081336

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

 

Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş, Azərbaycanın mürəkkəb ictimai-siyasi şəraitində dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və ölkənin gələcək inkişafının təmin olunması məqsədini qarşıya qoymuşdur. Partiyanın yaradılmasından etibarən Ümummilli lider Heydər Əliyev onun siyasi fəaliyyətinə rəhbərlik etmiş, dövlətçilik prinsiplərini, azərbaycançılıq ideologiyasını və milli həmrəylik dəyərlərini əsas ideoloji istiqamətlər kimi müəyyənləşdirmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi təşkilatlarından birinə çevrilmiş, geniş təşkilati struktur formalaşdırmış və ictimai-siyasi həyatda mühüm mövqe qazanmışdır. Onun müəyyənləşdirdiyi siyasi strategiya müstəqil Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsinə, iqtisadi inkişafın təmin olunmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə yönəlmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi partiyanın qarşısında duran əsas vəzifələrdən biri olmuşdur. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayı təşkilatın tarixində mühüm mərhələ təşkil etmişdir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın yeni Sədri seçilmişdir. Bununla da YAP-ın fəaliyyətində yeni mərhələnin əsası qoyulmuşdur. Cənab Prezident İlham Əliyevin partiya Sədri seçilməsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi baxımından əhəmiyyətli hadisə olmuşdur. Yeni rəhbərlik dövründə partiyanın təşkilati fəaliyyətinin müasirləşdirilməsi, strukturunun təkmilləşdirilməsi, ictimai əlaqələrinin genişləndirilməsi və müasir siyasi çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması istiqamətində işlər həyata keçirilmişdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlət institutlarının gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir. Bu dövrdə ölkənin iqtisadi potensialının genişləndirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, enerji və nəqliyyat sahələrində beynəlxalq əməkdaşlığın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərini təşkil etmişdir.

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə və ərazi bütövlüyünün bərpası Cənab Prezident İlham Əliyevin siyasi rəhbərliyi dövrünün mühüm hadisələrindən biri olmuşdur. Bu Qələbə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanmasına, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsinə şərait yaratmışdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma tədbirləri, Böyük Qayıdış proqramının icrası və yeni infrastruktur layihələri ölkənin gələcək inkişaf strategiyasında mühüm yer tutur. Yeni Azərbaycan Partiyasının müasir mərhələdəki fəaliyyəti də Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinin qorunması və yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsi ilə səciyyələnir. Partiyanın təşkilati strukturunun yenilənməsi, gənclərin ictimai-siyasi fəaliyyətə cəlb edilməsi, qadınların iştirak imkanlarının genişləndirilməsi və vətəndaşlarla əlaqələrin inkişafı bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.

 

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki