image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2794f6a2173503991150144915010983011

YAP xalqın partiyasıdır

image-legitimaz-810x90

YAP xalqın partiyasıdır

 

Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutmuş, ölkənin siyasi sisteminin formalaşması və inkişafı prosesində iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təmin olunması istiqamətində fəaliyyət göstərmişdir. Mürəkkəb tarixi şəraitdə meydana gələn YAP qısa müddət ərzində geniş ictimai dəstək qazanaraq ümumxalq partiyasına çevrilmişdir. Partiyanın ümumxalq siyasi təşkilatı kimi formalaşması onun yaranma səbəbləri, qarşıya qoyduğu məqsədlər və cəmiyyətin müxtəlif təbəqələri ilə qurduğu əlaqələrlə sıx bağlıdır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk mərhələsindən etibarən dövlət müstəqilliyinin qorunmasını, milli maraqların müdafiəsini, siyasi sabitliyin möhkəmləndirilməsini və demokratik dövlət quruculuğunu əsas prioritetlər kimi müəyyən etmişdir. Bu prinsiplər partiyanın ideoloji və təşkilati fəaliyyətinin əsasını təşkil etmişdir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın təşkilati strukturu genişlənmiş, ölkənin bütün bölgələrində yerli təşkilatları yaradılmışdır. Müxtəlif peşə, yaş və sosial qruplardan olan vətəndaşların partiyanın sıralarına qoşulması onun ictimai dayaqlarının möhkəmlənməsinə şərait yaratmışdır. Ziyalıların, alimlərin, müəllimlərin, həkimlərin, sahibkarların, gənclərin və qadınların partiyanın fəaliyyətində iştirakı onun cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən siyasi təşkilat kimi formalaşmasını təmin etmişdir. Yeni Azərbaycan Partiyasının fəaliyyətində azərbaycançılıq ideologiyası, milli həmrəylik, dövlətçilik ənənələrinin qorunması, qanunçuluq və sosial məsuliyyət prinsipləri xüsusi yer tutur. Bu dəyərlər cəmiyyətin vahid məqsədlər ətrafında birləşdirilməsi, milli maraqların qorunması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi baxımından partiyanın siyasi xəttinin əsas istiqamətlərini müəyyənləşdirir.

Partiyanın ictimai-siyasi fəaliyyətində vətəndaşlarla birbaşa əlaqələrin qurulması, onların müraciət və təkliflərinin öyrənilməsi, müxtəlif sosial təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Regional təşkilatların fəaliyyəti, ictimai görüşlər və maarifləndirici tədbirlər partiyanın cəmiyyətlə qarşılıqlı münasibətlərinin inkişafına xidmət edir. Bu fəaliyyət müxtəlif sosial qrupların ictimai-siyasi proseslərdə iştirak imkanlarının genişləndirilməsinə şərait yaradır. Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol onun dəyişən ictimai-siyasi reallıqlara uyğunlaşmaq və təşkilati fəaliyyətini təkmilləşdirmək imkanlarını da nümayiş etdirir. Müxtəlif dövrlərdə keçirilən qurultaylarda partiyanın qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, fəaliyyət istiqamətləri yenilənmiş və təşkilati strukturu müasir tələblərə uyğunlaşdırılmışdır. 2021-ci il martın 5-də keçirilən VII qurultay da partiyanın siyasi və təşkilati inkişafında mühüm mərhələ olmuşdur.

Bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsipləri və siyasi irsi əsasında davam etdirilir.Cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın fəaliyyətində müasir dövrün çağırışları, Azərbaycanın strateji inkişaf hədəfləri və yeni ictimai-siyasi reallıqlar nəzərə alınır. Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günədək geniş təşkilati inkişaf yolu keçmiş, Azərbaycanın siyasi həyatında mühüm yer tutmuşdur. Onun tarixi, ictimai dayaqları, ideoloji prinsipləri və çoxşaxəli fəaliyyəti partiyanın ümumxalq siyasi təşkilatı kimi formalaşmasını səciyyələndirən əsas amillərdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP-ın keçdiyi bu yol müasir Azərbaycanın siyasi tarixinin mühüm tərkib hissəsidir.

 

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki