image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

“Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi

image-legitimaz-810x90

“Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi

Ağdam rayonunun 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması Azərbaycanın ərazi bütövlüyünə və bölgənin tarixi-mədəni irsinə ağır zərbə vurmuşdur. Uzun illər işğal altında qalan rayon 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbə nəticəsində azadlığına qovuşmuşdur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilmişdir. Bu hadisə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olmaqla yanaşı, Ağdam sakinlərinin doğma torpaqlarına qayıdışının əsasını qoymuşdur. Ağdamın işğaldan azad edilməsi prosesində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi xidmətlərin, hərbi qulluqçuların fədakarlığının, şəxsi igidlik və şücaətinin dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir.Cənab  Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da təsis edilən bu medal Vətən müharibəsində qazanılmış tarixi Qələbənin və Ağdamın azad edilməsinin dövlətçilik tariximizdəki əhəmiyyətinin rəsmi təcəssümüdür.

Medalın təsis edilməsi Azərbaycan dövlətinin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığının, fədakarlığının və hərbi xidmətlərinin yüksək qiymətləndirilməsinə yönəlmiş siyasətinin tərkib hissəsidir. Bu dövlət təltifi Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının xidmətlərinin tanınmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumilikdə 5 790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu təltiflər Ağdamın azadlığı uğrunda xidmət göstərmiş hərbçilərin əməyinə verilən dövlət qiymətinin mühüm göstəricisidir. Medalın təsis edilməsi həm də Ağdamın işğal və azadlıq tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təltif vasitəsilə Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələri, milli həmrəylik və torpaq uğrunda mübarizə ənənələri dövlət səviyyəsində əbədiləşdirilir.

Eyni zamanda, “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi Azərbaycan xalqının tarixi yaddaşında Ağdamın xüsusi yerini bir daha təsdiqləyir. Uzun illər işğalın ağır nəticələri ilə üzləşmiş rayonun azad edilməsi və bu prosesdə iştirak etmiş hərbi qulluqçuların dövlət təltifinə layiq görülməsi ölkənin hərb tarixinin mühüm səhifələrindən biridir. “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin, hərbi qulluqçuların fədakarlığının və Vətən müharibəsində əldə edilmiş tarixi nəticələrin dövlət səviyyəsində tanınmasının mühüm ifadəsidir. Bu medal Ağdamın azadlığı uğrunda xidmət göstərmiş hərbçilərin şücaətinin yaşadılması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

Mətanət Ağayeva – Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki