image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17951516673785859105_1200x630

Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir

image-legitimaz-810x90

Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir
Xarici investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Bu baxımdan Vyetnam şirkətlərinin Azərbaycan bazarına maraq göstərməsi ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Azərbaycan son illərdə həyata keçirdiyi iqtisadi islahatlar, yaradılmış əlverişli investisiya mühiti və inkişaf etmiş infrastruktur imkanları ilə xarici investorlar üçün cəlbedici məkana çevrilib. Xüsusilə sənaye, tikinti, infrastruktur və bərpaolunan enerji sahələri beynəlxalq şirkətlərin diqqətini cəlb edir.
Bu istiqamətdə Vyetnamın “ROX Group” şirkətinin Azərbaycana marağı diqqətəlayiq nümunədir. Şirkət tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu nümayiş etdirib.
2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlərin imzalanması bu marağın praktiki əməkdaşlığa çevrilməsi baxımından mühüm addımdır.
Azərbaycanın bərpaolunan enerji potensialı, xüsusilə külək və Günəş enerjisi sahəsində mövcud imkanları xarici investorlar üçün geniş perspektivlər açır. İşğaldan azad edilmiş ərazilərdə, Xəzər dənizində və digər bölgələrdə yaşıl enerji layihələrinin həyata keçirilməsi ölkənin enerji strategiyasında mühüm yer tutur. Vyetnam biznesinin bu sahələrə maraq göstərməsi iki ölkə arasında iqtisadi əlaqələrin ənənəvi istiqamətlərdən kənara çıxaraq yeni texnoloji və investisiya sahələrini də əhatə etdiyini göstərir.
Prezident İlham Əliyevin müsahibəsində də qeyd olunduğu kimi, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatında iştirakının genişlənməsi qarşılıqlı faydalı tərəfdaşlığın mühüm tərkib hissəsidir.
Belə layihələr yalnız investisiya qoyuluşu ilə məhdudlaşmır. Onlar yeni texnologiyaların ölkəyə gətirilməsi, müasir idarəetmə təcrübəsinin mənimsənilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan-Vyetnam biznes əməkdaşlığının genişlənməsi gələcəkdə daha böyük iqtisadi təşəbbüslərin reallaşdırılması üçün möhkəm zəmin yaradır.

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki