image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-zbdovyoeefcux5c0b2jpp629gcc7b7jnnwvitnwb_1200

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan gələcəyə hesablanmış əməkdaşlığa

image-legitimaz-810x90

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan gələcəyə hesablanmış əməkdaşlığa

 

Dünyada elə dövlətlər var ki, onları bir-birindən minlərlə kilometr məsafə ayırsa da, ortaq tarix, qarşılıqlı hörmət və dostluq birləşdirir. Azərbaycan ilə Vyetnam arasında münasibətlər bunun maraqlı nümunələrindən biridir. Asiyanın müxtəlif bölgələrində yerləşən bu iki ölkə uzun illərdir siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrini inkişaf etdirir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin keçmişinə, bugünkü vəziyyətinə və gələcək imkanlarına nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə dövlət başçısı iki ölkə arasında münasibətlərin təxminən 70 illik tarixə malik olduğunu xatırladaraq bu dostluğun möhkəm tarixi əsaslara söykəndiyini diqqətə çatdırıb.

Azərbaycan ilə Vyetnam arasında əlaqələrin əsası 1959-cu ildə Vyetnamın dövlət xadimi Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. Bu səfər iki xalq arasında qarşılıqlı marağın və dostluğun başlanğıcında mühüm hadisə olub. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri münasibətlərin inkişafına yeni təkan verib. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına və gələcək əməkdaşlığa mühüm töhfə verib. Bu tarixi ənənə müstəqillik dövründə də davam etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri siyasi dialoqun genişlənməsinə şərait yaradıb. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub. Həmin səfər zamanı keçirilən görüşlərdə enerji, investisiya, müdafiə və kibertəhlükəsizlik kimi mühüm sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul olunması iki ölkənin münasibətlərini daha yüksək səviyyəyə çatdırıb. Bu sənəd dostluğun yalnız tarixi xatirə kimi qalmasını deyil, konkret əməkdaşlıq istiqamətləri üzrə davam etdirilməsini nəzərdə tutur.

Azərbaycan-Vyetnam münasibətlərində diqqət çəkən məqamlardan biri də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda təmsil olunur. Bu təşkilatlar dövlətlərə ümumi məsələləri müzakirə etmək, qarşılıqlı mövqelərini bölüşmək və beynəlxalq əməkdaşlığı genişləndirmək imkanı yaradır. Prezident İlham Əliyev müsahibəsində Vyetnamın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd edib. Dövlət başçısı Vyetnamın 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi mövqeyə də toxunub. Bu məqam iki ölkə arasında siyasi münasibətlərdə qarşılıqlı hörmətin və etimadın əhəmiyyətini göstərir.

Dövlətlər arasında münasibətlərin möhkəmlənməsi üçün yalnız rəsmi görüşlər kifayət etmir. İnsanların, iş adamlarının, mütəxəssislərin və müxtəlif sahələrin nümayəndələrinin bir-biri ilə əlaqə qurması da vacibdir. Məhz buna görə Azərbaycan və Vyetnam arasında təhsil, mədəniyyət və humanitar əməkdaşlığın inkişafı ümumi tərəfdaşlığın mühüm hissəsidir. Prezident İlham Əliyevin qarşıdakı Vyetnam səfəri ilə bağlı fikirləri də bu münasibətlərin gələcəyinə olan diqqəti göstərir.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki