Xeberaz.info xəbər verir ki, qəbul iştirakçıkarına, hazırda müzakirə edilməkdə olan 2027-ci ilin dövlət büdcəsinin əhatə etdiyi sosial yönümlü layihələr haqqında məlumat verilib, Qarabağda, Şərqi Zəngəzurda və bütün bölgələrimizdə həyata keçirilən böyük quruculuq işlərindən söhbət açılıb, ordu quruculuğu və müdafiə sənayesinin davamlı təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
Qəbul iştərakçıları görülən bütün işlər üçün ölkə rəhbəri cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.
Sonra qəbul iştirakçıları, onları maraqlandıran bir sıra vacib məsələni millət vəkilinin diqqətinə çatdırıblar və həllinə köməklik göstərilməsini xahiş ediblər. Belə ki, Lək kəndində elektrik xətlərinin bəzi hissələrinin yeniləndiyini, lakin müəyyən ərazılərdə xətlər bərpa edilmədiyi üçün elektrik enerjisinin verilişində tez-tez fasilələr yarandığını, kənddə modul tipli su bulaqlarının layihə işləri tamamlansa da, bulaqların çəkilişinin ləngidiyini, həm Lək, həm də Xələc kəndlərində qazın aşağı təyziqlə verildiyini, hər iki kəndin bəzi ərazilərində köhnə qaz xətlərinin yeniləri ilə əvəzlənməsinə ehtiyac olduğunu bildiriblər. Qaldırılan məsələlərlə bağlı millət vəkili tərəfindən qəbulun gedişatı zamanı Azərenerji, Dövlət Su Ehtiyatları Agentliyi, AzərQaz səlahiyyətliləri ilə telefon əlaqəsi saxlanılıb. Haqqında aöhbət gedən məsələlər nəzarətə götqrülüb və yaxın zamanlarda müsbət həlli üçün konstruktiv addımlar atılacağı ifadə edilib.
Qəbul iştirakçıları qaldırılan məsələlərin həlli istiqamətində görülən operativ tədbirlər üçün təşəkkür ediblər.
































