image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17951516675378622490_1200x630

İki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub

image-legitimaz-810x90

İki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub

Azərbaycanın xarici iqtisadi siyasətində müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən biri olan Vyetnamla iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Son illərdə Azərbaycan-Vyetnam münasibətləri siyasi sahədə olduğu kimi, iqtisadi istiqamətdə də müsbət dinamika ilə səciyyələnir. İki ölkə arasında ticarət dövriyyəsinin 2025-ci ilin yekunlarına görə 150 milyon ABŞ dollarını ötməsi əməkdaşlığın real nəticələrindən biridir. Bununla belə, mövcud göstərici tərəflərin iqtisadi potensialını tam əks etdirmir.

Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, inkişaf etmiş nəqliyyat infrastrukturu və investisiya imkanları ilə Vyetnam biznesi üçün cəlbedici tərəfdaşdır. Vyetnam isə sənaye istehsalı, kənd təsərrüfatı, texnologiya və ixrac yönümlü iqtisadiyyat sahələrində əldə etdiyi nailiyyətlərlə Azərbaycan üçün geniş əməkdaşlıq perspektivləri yaradır.

İqtisadi əlaqələrin inkişafında dövlətlərarası siyasi iradə də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə ticarət dövriyyəsinin artırılması və birgə iqtisadi təşəbbüslərin genişləndirilməsi üçün hər iki ölkənin kifayət qədər resurslara malik olduğu xüsusi qeyd edilib.

Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika sahələri iqtisadi əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edir. Bu sahələrdə birgə layihələrin reallaşdırılması yeni iş yerlərinin yaradılmasına, qarşılıqlı investisiyaların artmasına və iqtisadi əlaqələrin daha dayanıqlı xarakter almasına şərait yarada bilər.

Azərbaycanın qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və xarici investisiyaların cəlb olunması siyasəti də Vyetnamla əməkdaşlıq üçün əlverişli imkanlar açır.

Mövcud potensialdan səmərəli istifadə olunması qarşıdakı illərdə iqtisadi-ticari əlaqələrin daha yüksək səviyyəyə çatmasına imkan verəcək. Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin iqtisadi məzmunla zənginləşdirilməsi hər iki dövlətin milli inkişaf məqsədlərinə xidmət edir.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki