image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17951516674418422205_1200x630

STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ ƏLAQƏLƏRİMİZİ KEYFİYYƏTCƏ YENİ SƏVİYYƏYƏ QALDIRAN MÜHÜM SƏNƏD OLDU

image-legitimaz-810x90

STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ ƏLAQƏLƏRİMİZİ KEYFİYYƏTCƏ YENİ SƏVİYYƏYƏ QALDIRAN MÜHÜM SƏNƏD OLDU

 

Müstəqillik tarixinin mühüm inkişaf mərhələsini yaşayan Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı dövlətlərindən biri, beynəlxalq nəqliyyat-logistika əlaqələrinin mühüm qovşağı və enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi beynəlxalq mövqelərini möhkəmləndirir. Ölkəmizin həyata keçirdiyi çoxşaxəli xarici siyasət, iqtisadi potensialın genişləndirilməsi, yeni nəqliyyat dəhlizlərinin yaradılması və beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakı Azərbaycanın qlobal miqyasda artan rolunu müəyyənləşdirən başlıca amillərdəndir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Asiya dövlətləri ilə qarşılıqlı maraqlara, siyasi etimada və uzunmüddətli əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz bu məqsədlərin məntiqi ifadəsidir.

Bu gün həmin ənənələr yeni geosiyasi və iqtisadi şəraitdə daha geniş məzmun qazanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də ikitərəfli münasibətlərin keçdiyi yolu, mövcud əməkdaşlıq imkanlarını və qarşıdakı dövrün strateji prioritetlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan-Vyetnam əlaqələri artıq ənənəvi dostluq münasibətlərinin hüdudlarını aşaraq, konkret siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərini əhatə edən genişmiqyaslı tərəfdaşlığa çevrilir.

Münasibətlərin inkişafında 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Bu səfər ikitərəfli siyasi dialoqun intensivləşməsinə, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı maraqların daha dolğun şəkildə reallaşdırılmasına geniş imkanlar açdı. Məhz həmin səfər çərçivəsində qəbul edilən Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi tarixə düşdü.

Cənab Prezident İlham Əliyev müsahibəsində bu tarixi mərhələnin mahiyyətini belə ifadə etmişdir: “Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin – Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.” Bu fikirlər sənədin siyasi mahiyyətini və iki ölkənin gələcək əməkdaşlıq strategiyasındakı yerini aydın şəkildə səciyyələndirir. Strateji tərəfdaşlıq statusu, ilk növbədə, siyasi dialoqun davamlılığını, iqtisadi münasibətlərin genişləndirilməsini, qarşılıqlı investisiya imkanlarının artırılmasını və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Energetika, müdafiə, kibertəhlükəsizlik və investisiya kimi mühüm sahələrin əməkdaşlıq gündəliyinə daxil edilməsi tərəfdaşlığın yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret fəaliyyət istiqamətlərinə əsaslandığını göstərir.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi də qarşıdakı dövrün əsas prioritetlərindəndir. Azərbaycan özünün əlverişli coğrafi mövqeyi, inkişaf etmiş enerji infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu oynayır. Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik iqtisadi mərkəzlərindən biri kimi geniş istehsal, ticarət və investisiya imkanlarına malikdir. Bu potensialların uzlaşdırılması qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına, yeni biznes əlaqələrinin qurulmasına və birgə layihələrin həyata keçirilməsinə şərait yarada bilər.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki