Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirib. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Son illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü əhəmiyyətli dərəcədə artıb. Ölkənin müdafiə imkanlarının gücləndirilməsi, dövlət sərhədlərinin və ərazi bütövlüyünün təmin olunması təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayıb.
2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyin tam təmin olunması ölkənin müasir tarixində mühüm hadisələrdir. Bu gün Azərbaycan yeni reallıqlar şəraitində inkişaf edir. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, insanların dinc və təhlükəsiz şəraitdə yaşaması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Sabitlik həm də iqtisadi inkişaf, sosial rifah və ölkənin gələcək inkişafı üçün mühüm şərtdir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğulanan fikirlər göstərir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş təhlükəsizlik və sabitlik mühitini qorumaq, ölkənin inkişafını davam etdirmək və vətəndaşların rifahını daha da yüksəltməkdir.
Bu gün Azərbaycan xalqının təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşaması ölkənin son illərdə həyata keçirdiyi dövlət siyasətinin mühüm nəticələrindən biri kimi təqdim olunur.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən İsmayılova






















