image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi

image-legitimaz-810x90

Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi

Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda yeni siyasi reallıqların formalaşması Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklərə səbəb olmuşdur. Bu proses yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcək inkişaf istiqamətlərinə təsir göstərmişdir. Formalaşmış yeni reallıqların əsasını Azərbaycanın milli maraqlarının və beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün təmin edilməsi təşkil edir.

Bu gün vaxtilə Qarabağın Azərbaycanın ərazisi olmadığını iddia edən və “Qarabağ Ermənistandır və nöqtə” mövqeyini ortaya qoyan şəxslərin artıq “Qarabağ Azərbaycandır!” deməsi mühüm siyasi dəyişiklikdir. Lakin bu mövqeyin səsləndirilməsi yalnız xoş niyyət ifadəsi kimi qiymətləndirilə bilməz. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması uzun illər ərzində davam edən siyasi proseslərin, Azərbaycanın ardıcıl mövqeyinin və bölgədə yaranmış yeni reallıqların nəticəsidir. Bu məsələyə yalnız Ermənistanın əvvəlki rəhbərliyinin fəaliyyəti ilə bağlı yanaşmaq da düzgün olmazdı. Çünki uzun illər ərzində Ermənistanın müxtəlif rəhbərləri Azərbaycan ərazilərinin işğalını davam etdirən siyasət həyata keçirmiş, ciddi hüquq pozuntularına yol vermişlər.

Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Xalqın milli iradəsi ilə dövlət siyasətinin vəhdəti Azərbaycanın qarşıya qoyduğu tarixi məqsədlərə çatmasında mühüm rol oynadı. Azərbaycan xalqının həmrəyliyi və dövlətin qətiyyətli mövqeyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində qarşıya qoyulan vəzifələr həyata keçirildi və regionda yeni siyasi reallıqlar yarandı.

Ermənistanın bugünkü rəhbərliyinin əvvəlki dövrdə nümayiş etdirdiyi mövqeyi də nəzərdən qaçırılmamalıdır. Həmin dövrdə Azərbaycan əleyhinə ərazi iddiaları irəli sürülür, xalqımızın milli heysiyyətinə toxunan, təhqiramiz və yolverilməz bəyanatlar səsləndirilirdi. Bu yanaşmaların və həmin dövrdə baş vermiş hadisələrin unudulması mümkün deyil. Çünki yaxın tariximizin bu mərhələsi Azərbaycanla Ermənistan arasında münasibətlərin mahiyyətinin düzgün başa düşülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda bəzi xarici dairələrin Ermənistanın indiki rəhbərliyini sülh prosesinin əsas tərəfdarı kimi təqdim etmək cəhdləri müşahidə olunur. Belə yanaşmalar səsləndirilərkən Azərbaycanın mövqeyi dəyişməz olaraq tarixi faktlara əsaslanır. Biz həmin dövrün hadisələrini, xüsusilə 2018–2020-ci illərdə baş verən prosesləri xatırladırıq ki, tarixi hadisələr birtərəfli və təhrif olunmuş şəkildə təqdim edilməsin.

Tarixi yaddaşın qorunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki real hadisələrin yerini siyasi məqsədlərlə formalaşdırılmış yanlış təsəvvürlərin tutmasına yol vermək olmaz. Azərbaycan öz mövqeyini müəyyənləşdirərkən baş vermiş hadisələri, verilmiş bəyanatları və həyata keçirilmiş siyasəti nəzərə alır. Tarixin təhrif edilməməsi və həqiqi faktların qorunması həm ədalətli qiymətləndirmə, həm də gələcək münasibətlərin sağlam əsaslar üzərində qurulması üçün vacib şərtdir.

 

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil  məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki