image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1790400349244557618

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir

image-legitimaz-810x90

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir

 

Hər bir ölkənin inkişafında sabitliyin xüsusi əhəmiyyəti var. İnsanlar gündəlik həyatlarında, sahibkarlar biznes fəaliyyətində, investorlar isə uzunmüddətli layihələrində ilk növbədə sabit və etibarlı mühitə ehtiyac duyurlar. Azərbaycanda son illərdə iqtisadi inkişafın sürətlənməsi və yeni investisiya imkanlarının yaranmasında ölkədə formalaşmış sabitlik mühüm rol oynayır. Azərbaycanın 30 ildən artıq müddətdə siyasi və iqtisadi sabitlik şəraitində inkişaf etdiyini vurğulayan Prezident bunun ölkənin investisiya imkanlarının genişlənməsinə də təsir etdiyini bildirib. Sabitlik ilk növbədə ölkədə iqtisadi fəaliyyət üçün normal şərait yaradır. Sahibkar öz işini daha rahat planlaşdırır, investor isə qoyduğu vəsaitin gələcəyini daha aydın görə bilir. Bu baxımdan Azərbaycanda uzun illər ərzində həyata keçirilən iqtisadi siyasət və yaradılan investisiya mühiti mühüm əhəmiyyət daşıyır. İqtisadi sabitliyin digər mühüm göstəricisi maliyyə imkanlarıdır. Azərbaycanda dövlət borcunun və xarici borcun nisbətən aşağı səviyyədə olması, valyuta ehtiyatlarının yüksək olması ölkənin maliyyə dayanıqlığı baxımından mühüm amillər kimi qeyd olunur.

Bu gün Azərbaycanda investisiya üçün yalnız ənənəvi neft-qaz sahələri deyil, digər istiqamətlər də ön plana çıxır. Bərpaolunan enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi üçün imkanlar mövcuddur. Azərbaycanın əlverişli coğrafi mövqeyi də bu imkanları daha da genişləndirir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif ölkələrdən və beynəlxalq biznes dairələrindən nümayəndələrin iştirakı da Azərbaycanın investisiya imkanlarına olan marağın müzakirəsi üçün mühüm platforma yaradıb. Forumda səsləndirilən fikirlər ölkənin iqtisadi potensialının daha geniş təqdim olunmasına və yeni əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.

Ümumilikdə, Prezident İlham Əliyevin çıxışında vurğulanan siyasi və iqtisadi sabitlik məsələsi Azərbaycanın inkişaf strategiyasında mühüm yer tutur. Sabitlik, etimad və davamlı iqtisadi inkişaf bir-birini tamamlayan amillərdir. Ölkənin qarşıdakı illərdə yeni investisiyaların cəlb edilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

 

Zərdab rayon Gəlmə kənd sakini,gənc fəal-Ziya Tağızadə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki