image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-df74d281baca613062a7efbc5bd5f829

Ukraynada xalqa qorxunc bildiriş – “Atom bombası gəlir!”

image-legitimaz-810x90

Ukraynada milyonlarla insanın istifadə etdiyi hava hücumu xəbərdarlığı sistemində ciddi insident baş verib.

Xeberaz.info xəbər verir ki, ölkənin müxtəlif bölgələrində sakinlərin telefonlarına nüvə hücumu, radiasiya təhlükəsi, kimyəvi hücum və küçə döyüşləri barədə qorxunc bildirişlər göndərilib.

Hadisə noyabrın 1-də axşam saatlarında baş verib. Ukraynanın UNIAN, Ukrinform və “The Kyiv Independent” nəşrlərinin məlumatına görə, “Hava həyəcanı” mobil tətbiqinin istifadəçiləri gözlənilmədən nüvə təhlükəsi ilə bağlı xəbərdarlıqlar almağa başlayıblar.

Ən diqqətçəkən məqam isə bildirişlərdən birində Rusiyanın “Oreşnik” raketinin Ukraynaya doğru uçduğu barədə məlumatın yer alması olub.

Rus dilində göndərilən saxta mesajda belə yazılıb:

“Salam! İndi bütün Ukraynada nüvə həyəcanı olacaq! Narahat olmayın, Oreşnik uçur”.

Eyni zamanda Kiyev sakinlərinə radiasiya təhlükəsi, kimyəvi hücum və şəhərdə küçə döyüşlərinin başlanması barədə xəbərdarlıqlar göndərilib. Tətbiqin xəritəsində Ukraynanın bütün ərazisi yüksək təhlükə zonasına daxil edilib.

Ukrayna mətbuatının məlumatına görə, ilk şübhəli bildirişlər yerli vaxtla saat 22:50 radələrində yayılıb.

Hadisədən dərhal sonra Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri təcili açıqlama yayıb.

Rəsmi məlumatda tətbiqin düşmən müdaxiləsinə məruz qaldığı ehtimalı təsdiqlənib və ölkə ərazisində heç bir radiasiya təhlükəsinin olmadığı bildirilib.

Ukrayna rəsmiləri sakinləri sakitliyə çağıraraq yalnız rəsmi xəbərdarlıqları izləməyi tövsiyə ediblər.

Vinnitsa vilayətinin rəhbərliyi isə əhalini saxta bildirişlərdə yerləşdirilən şübhəli keçidlərə daxil olmamağa çağırıb.

Hadisədən sonra tətbiqin fəaliyyəti müvəqqəti dayandırılıb. Ukraynanın rəqəmsal transformasiya qurumları digər xəbərdarlıq kanallarının fəaliyyətini davam etdirdiyini açıqlayıblar.

Ukrayna mediası insidentin kiberhücumla əlaqəli olduğunu bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki