Ukrayna Prezidenti Vladimir Zelenski Dublində keçirilən forumda Amerikanın “Starlink” peyk rabitə sisteminə və onun hərbi analoqu olan “Starshield”ə qoyulan məhdudiyyətlərin Vaşinqtonun işğal edilən regionları Rusiyanın bir hissəsi kimi faktiki olaraq tanıması demək ola biləcəyinə eyham vurub.
Xeberaz.info xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi məlumat yayıb.
“Əgər Amerikada kimsə Ukrayna ərazisini sanki Ukraynaya aid deyilmiş kimi göstərən qərarlar qəbul edərsə, bu, bizə bütün bunların hara aparacağını deyir”, – deyə dövlət başçısı bildirib.
Zelenski həmçinin vurğulayıb ki, Kiyev bu əraziləri heç vaxt Rusiyanın bir hissəsi kimi tanımayacaq.


























