image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-42445cfa03fb525d009ad6000d78904d

Müharibə ilə bağlı son dəqiqə addımı – Putin razılaşdı, Zelenski təsdiqlədi!

image-legitimaz-810x90

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin nümayəndələrinin Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı növbəti sülh danışıqlarında iştirakına razılıq verib.

Xeberaz.info xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Putinlə keçirilən görüşdən sonra açıqlama verib.

Reuters-in məlumatına görə, Uitkoff bildirib ki, Avropa nümayəndələri növbəti danışıqlara qoşulacaqlar. O, Avropa ölkələrinin ABŞ-nin tərəfdaşları olduğunu və onların sülh prosesində iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın kürəkəni və sülh danışıqlarında iştirak edən xüsusi elçisi Cared Kuşner də Putinlə danışıqların ətraflı və məhsuldar keçdiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Avropanın sülh danışıqlarında iştirakının vacibliyini təsdiqləyib. O bildirib ki, Ukraynanın və bütövlükdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələlər Avropa ölkələrinin iştirakı olmadan müzakirə edilməməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki