image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-su-30

Rusiyanın iki təyyarəsi Yaponiyaya soxuldu

image-legitimaz-810x90

Yaponiya Rusiyaya məxsus iki təyyarəni hava məkanını pozmaqda ittiham edib.

Xeberaz.info  xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, insidentlər noyabrın 17-də səhər saatlarında Fukuoka prefekturasının sahillərində yerləşən Okinosima adası yaxınlığında baş verib. Birinci təyyarə Bakı vaxtı ilə saat 23:07-dən 23:10-dək, ikinci təyyarə isə 23:09-dan 23:12-dək ölkənin hava məkanında olub. Buna cavab olaraq, Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərb Hava Komandanlığına məxsus qırıcılar havaya qaldırılıb. Qırıcıların ekipajları təyyarələrin pilotlarına xəbərdarlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki