image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-39818b7c-a4b9-40b7-8a48-d47c67900cb9

Deputat Jalə Əliyeva Zərdabda seçicilərlə növbəti görüşünü keçirib – FOTOLAR

image-legitimaz-810x90

Milli Məclisin deputatı Jalə Əliyeva Zərdab rayonunda yerləşən Heydər Əliyev Mərkəzində növbəti seçici qəbulunu keçirib.

Xeberaz.info xəbər verir ki, səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə Zərdab və Kürdəmir rayonlarından olan seçicilər iştirak ediblər.
Qəbul zamanı deputat Jalə Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasəti, sosial-iqtisadi inkişaf, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər barədə seçicilərə ətraflı məlumat verib.
Görüşdə vətəndaşların müraciətləri və onları narahat edən məsələlər dinlənilib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, əlavə araşdırma və aidiyyəti qurumlara müraciət tələb edən məsələlər isə deputat tərəfindən qeydə alınıb və nəzarətə götürülüb.
Jalə Əliyeva vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin, onların problemlərinin dinlənilməsi və həlli istiqamətində müvafiq addımların atılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, seçici qəbulunda Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veysova, icra aparatının məsul əməkdaşı Zinhar Bayramov, eləcə də deputat Jalə Əliyevanın köməkçisi Firdavsi Eyvazov da iştirak ediblər.

 

Vüqar Rəhimov 

image-cdcae516-8cc7-48e6-9a06-1569f25960afimage-d2e77b0c-f92e-494d-a8c4-72f401bb37f2image-5fc790e5-9de3-49a3-ba0d-f84391cce488image-52c3939d-abf4-4e03-aafa-c34297b02c55image-5194b589-6a7d-4370-a7a2-f5a8ad3f25a5image-5bdf385e-fff4-4468-a011-467e7d3ad444image-02fdf911-dc32-4b26-bef1-685a48467edaimage-2eae296e-94d3-4138-bcd9-5c2debf99019image-a8f5c36c-2d54-41d8-ae81-fc1d6e9f1765image-e1c8c3eb-f7a5-4474-9c5b-a65512225f36image-a0f4eb9b-017d-4015-92d9-be1e7db38cb7image-f6a63a26-975e-4360-abcf-0c34b6c24b74image-0563147f-7f30-4f61-80a5-2d3e26e8b05dimage-56ff803b-f4b4-4784-a725-a17d70ac62f2image-a45de3bc-428e-404e-9f3f-2b67ef53dbe0image-7eb307a2-b45b-4e3c-ae22-578b5f75c6e9image-a1f13ee5-5394-4665-8bac-e88b9061d024image-5cfdc78c-c99a-40a1-b821-63fb3da63334image-ffdbe05f-f4fe-4576-b0f5-7f5f57f708a9image-e89611d9-4ee2-4893-9d4a-1e25e4022280image-9f22e4aa-7c33-464b-beb6-bf5f5a3cb99cimage-01e76860-5de8-4a0d-8555-58b400e0ad9fimage-b3495b96-bb2e-436e-8bac-6cf2d2b14e62image-42bf04ad-29a5-496a-bc07-346995129ceeimage-ced4db3e-dd5e-4b83-a374-a538bbff61ffimage-9fee98bd-71cc-451e-9791-66e55967905a


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki