image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-12abd098c3edf7c922bc53a18825718a

Ukrayna Rusiyanın 3 vilayətinə divan tutdu: Zavodlar, anbarlar, istehsal sahələri alovlandı

image-legitimaz-810x90

Ötən gecə Ukrayna Rusiya ərazisinə hava hücumlarını davam etdirib.

Xeberaz.info xəbər verir ki, hücum bir neçə istiqamətdə həyata keçirilib. Birinci istiqamət Moskva regionu olub – Rusiya paytaxtının bütün hava limanlarının fəaliyyəti dayandırılıb. Bilavasitə Moskva səmasında 60-dan çox dronun zərərsizləşdirildiyinə dair məlumat yayılıb.

Volqoqrad vilayətində hücum hədəfi yerli neft emalı zavodu olub. Zavod ərazisində bir neçə qurğuda yanğınlar başlayıb.

Rostov-na Donu və Rostov vilayəti hücumların üçüncü istiqaməti olub. Vilayət qubernatoru Yuri Slyusarın sözlərinə görə, Rostov vilayətinin Aksay rayonunda 1500 kvadratmetrlik anbar sahəsində yanğın başlayıb: “Hazırda müdaxilə işləri aparılır. Zərərçəkənlərin sayı barədə məlumat dəqiqləşdirilir”.

Onun sözlərinə görə, hücum nəticəsində Rostov-na-Donu şəhərinin Sovetski rayonunda istehsal sahəsində də yanğın baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki