Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Londonda keçirilməsi planlaşdırılan görüşü təxirə salıblar.
“Xeberaz.info” xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Məlumata görə, danışıqlar məmurlar arasında keçiriləcək.
Qeyd edək ki, Vladimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsindən sonra ABŞ Dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq məqsədilə Londona səfərini ləğv etmişdi.