image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17915357766188958139_1200x630

Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa ediblər

image-legitimaz-810x90

Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa ediblər

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesində qardaş və dost dövlətlərin göstərdiyi həmrəylik və praktiki dəstək xüsusi əhəmiyyət daşıyır. Bu dəstək yalnız maddi və infrastruktur xarakteri daşımır, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpasına və azad edilmiş ərazilərin yenidən dirçəldilməsinə verilən siyasi və mənəvi dəstəyin mühüm ifadəsi kimi çıxış edir. Mərkəzi Asiya dövlətlərinin bu prosesdə iştirakı isə Azərbaycanla həmin ölkələr arasında mövcud olan tarixi, mədəni və siyasi bağların müasir dövrdə konkret təşəbbüslərlə tamamlandığını göstərir. Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin əsas məqsədlərindən biri bu ərazilərdə dayanıqlı yaşayış mühitinin yaradılması, əhalinin öz doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışının təmin edilməsi, sosial infrastrukturun formalaşdırılması və şəhər və kəndlərin müasir standartlar əsasında yenidən qurulmasıdır. Bu baxımdan təhsil, mədəniyyət və sosial infrastruktur obyektlərinin inşası xüsusi yer tutur.
Məhz bu kontekstdə Özbəkistan, Qazaxıstan və Qırğızıstanın həyata keçirdiyi layihələr xüsusi məna kəsb edir. Özbəkistan tərəfindən Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi iki qardaş xalq arasında elm, təhsil və mədəniyyət sahəsində mövcud olan tarixi əlaqələrin simvolik ifadəsidir. Məktəbin məhz Füzulidə inşa olunması Azərbaycanın azad edilmiş ərazilərində gələcəyə yönəlmiş quruculuq prosesinə verilən konkret töhfə olmaqla yanaşı, Özbəkistanın Azərbaycanla həmrəyliyinin mühüm nümunəsidir. Qazaxıstan tərəfindən Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması da eyni baxımdan mühüm əhəmiyyət daşıyır. Uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların mədəni və sosial mühitinin formalaşdırılması baxımından belə bir mərkəzin yaradılması azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına töhfə verən mühüm sosial layihədir. Bu təşəbbüs Qazaxıstanın Azərbaycanın bərpa prosesinə verdiyi dəstəyin yalnız infrastrukturla məhdudlaşmadığını, gələcək nəsillərin inkişafına yönəlmiş uzunmüddətli yanaşmanı da əhatə etdiyini nümayiş etdirir. Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi isə iki qardaş xalq arasında tarixi və mədəni bağların daha bir ifadəsidir. Manas dastanı qırğız xalqının milli-mədəni irsində mühüm yer tutduğu kimi, onun adının Ağdamda yeni təhsil ocağına verilməsi də Azərbaycan-Qırğızıstan münasibətlərinin humanitar və mənəvi ölçüsünü əks etdirir. Bu layihə həm də Mərkəzi Asiya xalqlarının Azərbaycanla ortaq dəyərlər, tarixi yaddaş və mədəni yaxınlıq əsasında qurduğu münasibətlərin konkret nümunəsidir.
Bu təşəbbüslərin hər biri öz mahiyyətinə görə ayrı-ayrı layihə olsa da, onları birləşdirən əsas məqam Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına göstərilən qardaş dəstəyidir. Azərbaycan üçün bu cür layihələrin əhəmiyyəti onların maddi dəyərindən daha geniş məna daşıyır. Qardaş ölkələrin öz adlarını daşıyan məktəb və mədəniyyət müəssisələrinin Qarabağda və Şərqi Zəngəzurda yaradılması həmin dövlətlərin Azərbaycanın gələcəyinə olan inamının, ölkəmizin ərazi bütövlüyünə hörmətinin və xalqlarımız arasındakı həmrəyliyin mühüm göstəricisidir.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki