image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-turk-polis-yeni

Yazıcıoğlunun ölümü: 36 nəfər həbs edildi

image-legitimaz-810x90

Türkiyədə Böyük Birlik Partiyasının (BBP) sabiq sədri Möhsün Yazıcıoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 36 nəfər həbs edilib.

Xeberaz.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ankara Baş Prokurorluğunun məlumatına görə, Yazıcıoğlu və onu müşayiət edən şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində şübhəlilər barəsində həbs qərarı çıxarılıb.

Onların FETÖ fəaliyyəti çərçivəsində “qəsdən və əvvəlcədən planlaşdırılaraq adam öldürmə” cinayətində iştirak etdikləri və həqiqətin üzə çıxarılmasına mane olmaq məqsədilə müxtəlif cinayətlər törətdikləri bildirilir.

İstintaq çərçivəsində Ankara daxil olmaqla 16 vilayətdə 45 ünvanda axtarış aparılıb. Əvvəlcə 33, daha sonra isə daha 5 nəfər olmaqla ümumilikdə 38 şübhəli saxlanılıb.

Məhkəmə 36 şübhəlinin həbsinə, digər iki nəfər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki