image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e361b4122ac0e3fb27d38fc97b954167

Azərbaycanda dəhşətli qətl baş verdi – Türkiyədən gəlib…

image-legitimaz-810x90

Naxçıvanda qardaş doğma bacısını öldürməyə cəhd edib.

Xeberaz.info oxu.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində baş verib.

Kənd sakini, 1999-cu il təvəllüdlü Anar Əliyev Türkiyənin Iğdır şəhərində təhsil alırmış. O, eşidib ki, iki uşaqla boşanıb babasının evinə gələn bacısı həmin evdə başqa oğlanla görüşərkən babası Vaqif Əliyev onları yaxalayıb, oğlana 20-dən çox bıçaq zərbəsi endirsə də, hər iki bıçaq sındığından oğlan ölməyib.

O, babasının bu hadisəyə görə həbs edildiyini eşidəndən sonra Naxçıvana qayıtmaq və bacısını öldürmək qərarına gəlib. A.Əliyev bu barədə atası ilə danışıb və bacısını öldürüb namusunu təmizləyəcəyini bildirib. Valideynləri onu bu yoldan çəkindirməyə çalışsalar da, Anar onların sözünü dinləməyib. Anar valideynlərindən xəbərsiz Naxçıvana gələrək oradan Çormaxtur kəndinə – bacısının yaşadığı evə gəlib. O, evə daxil olarkən bacısının mətbəxdə qab yuduğunu görüb. Bu zaman Anar mətbəxdən bıçağı götürüb və bacısına hücum edib. İlk zərbəni bacısının ürəyindən olmaqla bədəninin müxtəlif hissələrindən və boyun nahiyəsindən doqquz bıçaq zərbəsi vurub. Zərbələrin təsirindən bıçaq əyilib. Anar bununla sakitləşməyib və mətbəxdən daha bir bıçaq götürərək bacısına daha 10 zərbə vurub. O, bacısına ümumilikdə 19 bıçaq zərbəsi vurandan sonra əlindəki bıçaq da sınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmədə zərərçəkmiş hadisədə özünü günahkar hesab edib və qardaşından şikayətçi olmadığını deyib. Məhkəmə zərərçəkmiş tərəfin şikayətçi olmadığını nəzərə alaraq A.Əliyevin 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, bir müddət əvvəl eyni evdə V.Əliyevin babası Vaqif Əliyev gecə saatlarında həyətinə yad şəxsin gəldiyini görüb. V.Əliyev həmin şəxsin pəncərədən nəvəsinin yataq otağına daxil olduğunu görüb, həmin otağa gedərək oğlanı çarpayının altında aşkarlayıb. V.Əliyev həmin şəxsə 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirmək istəyib. Ailə üzvlərinin müdaxiləsi nəticəsində oğlan xəstəxanaya çatdırılıb və sağ qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki