Ukraynanın xarici işlər naziri Andrey Sibiqa BMT Baş Assambleyası çərçivəsində İranın xarici işlər naziri Abbas Arakçı ilə görüşüb.
Xeberaz.info xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, onlar iki ölkə arasında gərginliyin azaldılmasını müzakirə ediblər.
Nazirlər kommunikasiya kanallarının açıq qalması barədə razılığa gəliblər və Avropa və Yaxın Şərqdə sülh səyləri barədə danışıblar.


























