Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın telefon danışığı zamanı Rusiya neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı xahiş etdiyini təsdiqləyib.
Xeberaz.info xəbər verir ki, Ukrayna dövlət başçısı bu tələbi bir tərəfli qaydada yerinə yetirməkdən imtina etdiyini bildirib.
Zelenski açıqlamasında yanacaq qiymətlərinin qalxmasının Ukrayna üçün insan həyatının qorunmasından daha vacib olmadığını vurğulayıb: “Kimsə üçün dizel yanacağı vacib ola bilər, bizim üçün isə insanların həyatı vacibdir. ABŞ rəhbərliyi bu məsələni qaldırsa da, biz Rusiya infrastrukturuna zərbələri birtərəfli qaydada dayandıra bilmərik”.
Ukrayna lideri əlavə edib ki, Rusiyanın hərbi maşınını maliyyələşdirən neft sektoruna vurulan zərbələr ölkənin müdafiə strategiyasının mühüm tərkib hissəsidir və təcavüzkarın hücumları dayanmayana qədər bu addımlar davam etdiriləcək.


























