image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791468702_179146847887621197_1200x630

Sərhədi pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanıldı – FOTO

image-legitimaz-810x90

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Xeberaz.info-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 6-da keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Mərakeş Krallığı vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş tədbirlər nəticəsində 2 nəfər Əfqanıstan vətəndaşı eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd göstərən zaman tutulub.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sərhədi pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanıldı - FOTO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki