image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2a7745c95513c82b44c90a1f376483b5

Rostovda GECƏ DƏHŞƏTİ: PUA-lar Novoşaxtinsk neft zavodunun terminalını VURDU

image-legitimaz-810x90

Rusiya Federasiyasının Rostov vilayətində yerləşən Novoşaxtinsk Neft Emalı Zavodunun (NPU) neft terminalı pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

Xeberaz.info xəbər verir ki, strateji əhəmiyyətli energetika obyektinə endirilən zərbələr nəticəsində terminal ərazisində partlayışlar baş verib və yanğın alovlanıb.

Yerli mənbələrin və hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hücum yalnız neft emalı zavodu ilə məhdudlaşmayıb. PUA zərbələri və vurulan dronların qalıqlarının düşməsi nəticəsində bölgədəki strateji dəmir yolu körpüsü və iki dəniz gəmisi də zədələnib.

Hadisə yerinə dərhal fövqəladə hallar xidmətinin briqadaları və yanğınsöndürmə qatarları cəlb olunub. Dağıntıların dəqiq miqyası, infrastrukturun bərpası imkanları və itkilər barədə Rusiya rəsmiləri tərəfindən araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki