image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791439560597205646_1200x630

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

image-legitimaz-810x90

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir.

 

Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri son illərdə daha da möhkəmlənib. Ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi əlaqələrin yeni mərhələyə yüksəldiyini göstərir. Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirilməsi iki ölkə arasında siyasi dialoqun intensivliyini və əlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlı marağın göstəricisidir.

Bu gün Azərbaycanla Türkmənistanı yalnız dövlətlərarası münasibətlər deyil, xalqlarımız arasında mövcud olan tarixi, mədəni və mənəvi yaxınlıq da birləşdirir. Qarşılıqlı hörmət və dostluq münasibətləri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı üçün möhkəm əsas yaradır. Prezident İlham Əliyev çıxışında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa edilməsini də xüsusi qeyd edib. Dövlətimizin başçısı bu təşəbbüsü qardaş Türkmənistanın Azərbaycan xalqına hədiyyəsi və xalqlarımızın dostluğunun, mənəvi yaxınlığının daha bir nümunəsi kimi qiymətləndirib. Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də iqtisadi və nəqliyyat əlaqələridir. Xəzər dənizi üzərindən yaradılan və inkişaf etdirilən nəqliyyat imkanları Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən mühüm bağlantılardan birinə çevirir. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına və yeni ticarət imkanlarının yaranmasına xidmət edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi də Türkmənistanla münasibətlərin inkişafına əlavə imkanlar yaradır. Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü Azərbaycanın region ölkələri ilə əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüşün sonunda Azərbaycan və Mərkəzi Asiya dövlət başçıları birgə bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri ilə bağlı qərar imzalayıblar.

Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı inkişafı göstərir ki, iki ölkə arasında əlaqələr qarşılıqlı etimad və dostluq əsasında davamlı şəkildə möhkəmlənir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin artması, siyasi dialoqun güclənməsi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi gələcək əməkdaşlıq üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafı iki ölkənin qarşılıqlı istəyini əks etdirir. Bu münasibətlər bundan sonra da Azərbaycan və Türkmənistan xalqlarının rifahına, regionda sülhə, sabitliyə və əməkdaşlığa mühüm töhfə verəcək.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki