image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791535776256560264_1200x630

Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu

image-legitimaz-810x90

Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu

 

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, ortaq maraqlar və uzunmüddətli tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Son dövrdə keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində intensiv siyasi təmaslar və müxtəlif çoxtərəfli platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək bu münasibətlərin strateji xarakterini daha da möhkəmləndirib. Bu baxımdan Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv kimi cəlb olunması mövcud əməkdaşlıq mexanizmlərinin təbii şəkildə genişləndirilməsi kimi xüsusi əhəmiyyət daşıyır.

Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın regiondakı roluna verdiyi siyasi əhəmiyyət danılmazdır. Azərbaycanın iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanları və enerji sahəsində həyata keçirdiyi layihələr Mərkəzi Asiya ilə daha geniş regional əməkdaşlıq üçün mühüm zəmin yaradır. Xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı, Xəzər üzərindən daşımaların genişləndirilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması və ticarət əlaqələrinin şaxələndirilməsi istiqamətlərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin maraqları böyük ölçüdə üst-üstə düşür. Bu çərçivədə Türkmənistanın və şəxsən Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsünü və siyasi mövqeyini xüsusi qeyd etmək məqsədəuyğundur. Avazada keçirilmiş görüş zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu iştirakı ilə bağlı irəli sürülmüş təşəbbüs Azərbaycan-Türkmənistan münasibətlərinin yüksək səviyyəsini və iki ölkə arasında formalaşmış qarşılıqlı etimadı nümayiş etdirən mühüm siyasi addım olmuşdur. Sözügedən təşəbbüs Azərbaycanın regionla əməkdaşlığının daha institusional müstəviyə keçirilməsi baxımından da əhəmiyyətli idi. Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişafı bu təşəbbüsün siyasi və iqtisadi kontekstini daha aydın şəkildə ortaya qoyur. İki ölkə arasında dövlət başçıları səviyyəsində münasibətlərin intensivliyi, Xəzər dənizi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişlənməsi qarşılıqlı maraqların getdikcə daha çox istiqamətdə uzlaşdığını göstərir. Bu münasibətlər həm ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında daha sıx regional inteqrasiyanın təşviqinə xidmət edir.

Azərbaycanın Məşvərət formatında tamhüquqlu iştirakı, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin yeni məzmunla zənginləşdirilməsi baxımından əhəmiyyətli oldu. Ölkəmizin coğrafi mövqeyi onu regionlararası iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında mühüm tərəfdaşlardan birinə çevirir. Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə əlaqələndirilməsi qarşılıqlı iqtisadi maraqların daha da dərinləşdirilməsinə şərait yaradır. Enerji əməkdaşlığı da regional gündəliyin mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması və enerji marşrutlarının şaxələndirilməsi sahəsində mühüm layihələr həyata keçirərək həm Avropa, həm də region ölkələri üçün etibarlı tərəfdaş kimi çıxış edir. Mərkəzi Asiyanın zəngin enerji resurslarının müxtəlif marşrutlar vasitəsilə beynəlxalq bazarlara çıxarılması istiqamətində yaranan yeni imkanlar isə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini genişləndirir. Bu sahədə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də xidmət edə bilər.

 

 

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil  məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki