image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17914398572395638510_1200x630

Azərbaycanın Mərkəzi Asiya ilə yeni əməkdaşlıq mərhələsi

image-legitimaz-810x90

Azərbaycanın Mərkəzi Asiya ilə yeni əməkdaşlıq mərhələsi

 

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə daha da möhkəmlənib. Siyasi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin artması və iqtisadi əməkdaşlığın genişlənməsi ölkələr arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu baxımdan Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı xüsusi əhəmiyyət daşıyır.

Dövlətimizin başçısı çıxışında ilk növbədə Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini qeyd edib. Bu hadisə Azərbaycanın region ölkələri ilə əlaqələrinin daha da genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksək səviyyəli səfərlər artıq müntəzəm xarakter alıb. Bununla yanaşı, iqtisadi-ticari əməkdaşlıq da güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Bu proses ölkələr arasında münasibətlərin yalnız siyasi sahə ilə məhdudlaşmadığını, iqtisadi və digər istiqamətlərdə də genişləndiyini göstərir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında nəqliyyat və logistika da mühüm yer tutur. Ölkəmizin əlverişli coğrafi mövqeyi Şərq ilə Qərb arasında əlaqələrin inkişafına böyük imkanlar yaradır. Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat layihələri Azərbaycanı Mərkəzi Asiya dövlətləri ilə daha sıx bağlayır. Bu əməkdaşlıq həm ölkələrimizin iqtisadi inkişafına, həm də regionun beynəlxalq nəqliyyat imkanlarının genişlənməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında sülh, təhlükəsizlik və siyasi-iqtisadi sabitlik məsələlərinə də xüsusi diqqət çəkib. Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrdə sülh və sabitlik bütün nailiyyətlərin əsasını təşkil edir. Məhz sabitlik şəraitində iqtisadi inkişafı sürətləndirmək, yeni layihələr həyata keçirmək və qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək mümkündür. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yalnız iqtisadi və nəqliyyat sahələri ilə də məhdudlaşmır. Humanitar, mədəni və digər istiqamətlərdə də münasibətlər inkişaf edir. Xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi yaxınlıq bu əməkdaşlığın daha da möhkəmlənməsi üçün əlverişli zəmin yaradır.

Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq artıq yeni və daha geniş mərhələyə daxil olub. Qarşılıqlı etimad, dostluq və ortaq maraqlar gələcəkdə yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsi həm ölkəmizin, həm də bütövlükdə regionun iqtisadi və siyasi imkanlarının artmasına mühüm töhfə verir.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki