image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791535776349159447_1200x630

Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb

image-legitimaz-810x90

Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.

Birgə investisiya fondlarının yaradılmasını yalnız maliyyə resurslarının bir araya gətirilməsi kimi qiymətləndirmək olmaz. Bu fondlar, eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadi potensialının əlaqələndirilməsi, özəl sektorlar arasında birbaşa münasibətlərin genişləndirilməsi və ortaq maraq doğuran layihələrin həyata keçirilməsi üçün mühüm platformadır. Fondların hər birinin yüz milyonlarla dollar həcmində kapitala malik olması onların qarşısında geniş layihə portfelinin formalaşdırılması üçün ciddi maliyyə imkanlarının olduğunu göstərir. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə iqtisadi münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm təşəbbüslərdən biridir. Bu mexanizmlər qarşılıqlı iqtisadi əlaqələrin daha dayanıqlı və uzunmüddətli əsaslar üzərində qurulmasına, investisiya əməkdaşlığının institusional çərçivəsinin genişləndirilməsinə və birgə biznes təşəbbüslərinin maliyyələşdirilməsi üçün yeni imkanların formalaşmasına xidmət edir.
Bu imkanlardan səmərəli istifadə edilməsi qarşıdakı dövrdə əsas məsələlərdən biri kimi nəzərdən keçirilə bilər. Burada məqsəd yalnız investisiya qoyuluşlarının həcmini artırmaq deyil, həm də həmin vəsaitlərin real iqtisadi nəticələrə çevrilməsini təmin etməkdir. Birgə fondların resursları yeni istehsal müəssisələrinin yaradılmasına, mövcud sənaye sahələrinin modernləşdirilməsinə, innovativ və yüksək əlavə dəyər yaradan layihələrin maliyyələşdirilməsinə və müxtəlif ölkələrin şirkətləri arasında istehsal kooperasiyasının qurulmasına yönəldilə bilər.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının bir sıra sahələr üzrə bir-birini tamamlayan imkanlara malik olması bu baxımdan geniş perspektivlər yaradır. Sənaye, kənd təsərrüfatı və ərzaq emalı, logistika, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, kimya sənayesi, maşınqayırma və digər istiqamətlərdə ortaq layihələrin həyata keçirilməsi qarşılıqlı investisiyaların daha yüksək iqtisadi səmərə yaratmasına imkan verə bilər. Bu əməkdaşlıq çərçivəsində yalnız ayrı-ayrı müəssisələrin yaradılması deyil, regional və beynəlxalq bazarlara inteqrasiya olunmuş istehsal zəncirlərinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır.
Xüsusilə sənaye kooperasiyasının genişləndirilməsi diqqət mərkəzində olmalıdır. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin malik olduğu xammal, enerji, logistika, insan kapitalı və istehsal imkanlarının bir araya gətirilməsi daha rəqabətqabiliyyətli məhsulların istehsalına şərait yarada bilər. Bu istiqamətdə birgə müəssisələrin yaradılması, texnologiya və təcrübə mübadiləsinin təşviqi, istehsal proseslərinin lokallaşdırılması və qarşılıqlı təchizat zəncirlərinin qurulması mühüm nəticələr verə bilər.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki