Türkiyədə məşhur simaların da adının keçdiyi 2 ayrı “narkotik” istintaqı çərçivəsində 24 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.
Xeberaz.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxslərdən 21-i saxlanılıb. Məhkəmə-Tibbi Ekspertiza Şurasındakı prosedurlardan sonra saxlanılan 10 nəfər sərbəst buraxılıb.
İş adamı Sayat Zurnacı və müğənni Aytaç Kart isə məhkəməyə çıxarılaraq həbs ediliblər.
Aktrisa Nilpəri Şahinkaya və veteran futbolçu Həsən Şaş məhkəmə nəzarəti tədbirləri tətbiq edilməklə sərbəst buraxılıblar.
Eyni zamanda, daha 6 nəfərin saxlanılma müddəti də uzadılıb.
Qeyd edək ki, ötən gün keçirilən əməliyyat çərçivəsində türkiyəli tanınmış aktyor Aras Bulud İynemli, aktirsa Melis Sezen, Afra Saraçoğlu və repçi Sefo saxlanılıb.


























