image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17914432113208022718_1200x630jpg_1791459907

Xəzərin iki sahilini birləşdirən möhkəm tərəfdaşlıq

image-legitimaz-810x90

Xəzərin iki sahilini birləşdirən möhkəm tərəfdaşlıq

 

Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə yeni əməkdaşlıq imkanları ilə zənginləşib. Xəzər dənizinin iki sahilində yerləşən ölkələr müxtəlif sahələrdə əlaqələri genişləndirərək bir-birinin etibarlı tərəfdaşına çevrilirlər. Qarşılıqlı səfərlərin artması, siyasi dialoqun davamlı xarakter alması və iqtisadi əməkdaşlığın genişlənməsi bu münasibətlərin inkişafını aydın şəkildə göstərir. Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafından danışıb. Dövlət başçısı bildirib ki, iki ölkə arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan və Türkmənistan arasında siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, logistika və humanitar sahələrdə də əməkdaşlıq genişlənir. Xüsusilə Xəzər dənizinin imkanlarından istifadə və regionda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi iki ölkə üçün mühüm istiqamətlərdəndir. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi də əlaqələrin inkişafına mühüm təsir göstərir. Belə səfərlər zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilir, yeni layihələr və gələcək perspektivlər müəyyənləşdirilir.

Azərbaycan-Türkmənistan münasibətlərində humanitar əlaqələr də xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscidin tikilməsini də qeyd edib. Bu layihə iki xalq arasında dostluq və mənəvi yaxınlığın nümunəsi kimi diqqət çəkir. İki ölkə arasında əməkdaşlığın inkişafında qarşılıqlı etimad mühüm rol oynayır. Azərbaycan və Türkmənistan regional məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşır, qarşılıqlı maraq doğuran istiqamətlərdə birgə fəaliyyət göstərirlər. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi də bu əməkdaşlığın əhəmiyyətini daha da artırır.

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişafı baxımından mühüm platforma oldu. Görüş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanıldı. Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı inkişafı göstərir ki, iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi və humanitar əlaqələrin inkişafına da əlverişli şərait yaradır. Qarşılıqlı maraqlara əsaslanan bu tərəfdaşlığın bundan sonra da yeni layihələrlə zənginləşməsi gözlənilir. Xəzərin iki sahilində yerləşən Azərbaycan və Türkmənistanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionda sabitlik, əlaqələrin genişlənməsi və iqtisadi əməkdaşlığın güclənməsi baxımından da əhəmiyyətlidir.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki