ABŞ-ın Florida ştatında Palm-Biç şəhərində “Learjet 60” biznes təyyarəsi avtomobil yoluna çırpılıb.
Xeberaz.info xəbər verir ki, ABŞ Nəqliyyat naziri qəzaya uğrayan biznes təyyarəsinin göyərtəsində doqquz nəfərin olduğunu və sağ qalanın olmadığını bəyan edib.
“New York Post” qəzeti Floridada qəzaya uğrayan biznes təyyarəsinin qadın pilotunun son sözlərini yayıb:
“Dəqiqədə 8000 fut sürətlə enirik, mayday, mayday, 10000 fut sürətlə enirik, artır, dəqiqədə 20000 fut sürətlə enirik.”
Bir müddət sonra o, qışqırıb: “Yerə dəyəcəyik! Lənət olsun, vaxtımız bitdi!”


























