ABŞ Venesuela neftindən İrana qarşı müharibəyə xərclədiyindən 10 dəfə çox mənfəət əldə edib.
Xeberaz.info xəbər verir ki, bu iddianı ABŞ prezidenti Donald Tramp Floridada tərəfdarları qarşısında çıxışı zamanı irəli sürüb. O, Demokrat siyasi rəqiblərini, xüsusən də ABŞ Nümayəndələr Palatasının üzvü Ro Xannanı (Demokrat, Kaliforniya) tənqid edib: “O dedi ki, mən bu müharibəyə 25 milyard dollar xərcləmişəm. Amma sizə demədiyi şey odur ki, biz Venesuelada təxminən 10 dəfə çox qazandıq. Balans hesabatına baxmalısınız”.
“The Hill” qəzeti əvvəllər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Konqresə təqdim etdiyi hesablamalara istinadən ABŞ-ın İrana qarşı hərbi əməliyyatının dəyərinin 47 milyard dollara çatdığını bildirib.


























