image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri iki ölkə arasındakı dostluğumuzun başlanğıc nöqtəsidir

image-legitimaz-810x90

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri iki ölkə arasındakı dostluğumuzun başlanğıc nöqtəsidir

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən möhkəm dostluq, qarşılıqlı hörmət və etimad prinsipləri üzərində formalaşıb. Bu əlaqələr təkcə diplomatik münasibətlərin tarixi deyil, həm də iki xalqın bir-birinə bəslədiyi səmimi münasibətin, ortaq əməkdaşlıq ənənələrinin ifadəsidir. İki ölkə arasında dostluğun təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulub. Həmin səfər Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafına mühüm zəmin yaradıb. Bakı ilə Hanoy arasında yaranan dostluq əlaqələri sonrakı onilliklərdə müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə imkan verib.

Bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olub. 1983-cü ildə onun rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əlaqələrin tarixində mühüm mərhələ təşkil edib. Səfərin müddətinin uzadılması və Vyetnamın müxtəlif regionlarını əhatə etməsi ölkənin iqtisadi potensialının öyrənilməsinə, qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradıb. Həmin dövrdə əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına töhfə verməklə yanaşı, Azərbaycanla dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu ənənələr qorunub saxlanılıb. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin yeni mərhələyə yüksəlməsinə təkan verib. Bu gün Azərbaycan-Vyetnam münasibətləri siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə müsahibəsində də bu tarixi dostluğun əhəmiyyəti xüsusi vurğulanıb.

Təxminən yetmişillik dostluq tarixi sübut edir ki, xalqlar arasında səmimi münasibətlər zamanın sınaqlarından uğurla keçir. Azərbaycan və Vyetnamın qarşılıqlı etimada əsaslanan əməkdaşlığı gələcək nəsillər üçün də mühüm dostluq nümunəsidir.

 

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki